"Ayaks"ın kapitanı Mattiys de Liqtin "Yuventus"a transferi reallaşmaq üzrədi. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc müdafiəçi dünən gecə Turinə yollanıb.

Hazırda "Yuve"nin bazasında olan 19 yaşlı futbolçu bu gün "qoca sinyora"da tibbi müayinədən keçəcək. Daha sonra isə onunla münasibətlər rəsmiləşəcək.

Klublar arasındakı razılığa görə, "Ayaks" transferdən 70 milyon avro və bonuslar qazanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest