"Topu ələ keçirməyi və sürətli hücumu inkişaf etdirməliyik. Əks-hücumlar zaman ilk oyundakından daha dəqiq olsaq, qol vuracağıq. Tiranada yaxşı oyun keçirdik və Bakıda da bunu etməliyik. İndi daha güclüyük".

"İlk oyunla müqayisədə Bakıdakı görüşdə bəzi şeyləri düzəltməliyik". Matc.az saytının məlumatına görə, bunu "Partizani"nin yarımmüdafiəçisi Bruno Telyuşi deyib.

Albaniya çempionu çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində bu gün "Qarabağ"ın qonağı olacaq. Albaniya mətbuatına açıqlama verən Telyuşi qol vurmağın vacibliyini vurğulayıb.

29 yaşlı orta sahə oyunçusu penaltilər seriyasına da hazır olduqlarını söyləyib: "Topu ələ keçirməyi və sürətli hücumu inkişaf etdirməliyik. Əks-hücumlar zaman ilk oyundakından daha dəqiq olsaq, qol vuracağıq. Tiranada yaxşı oyun keçirdik və Bakıda da bunu etməliyik. İndi daha güclüyük. Amma başa düşürük ki, təkcə inam bəs etmir. Həm 120 dəqiqəlik mübarizəyə, həm də penaltilər seriyasına hazırıq. Matçın qolsuz tamamlanıb-tamamlanmayacağını bilmirəm. Ancaq ən yaxşısı elə 90 dəqiqədə qol vurmağımızdı".

Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək oyun saat 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest