“Qalatasaray”ın “Fənərbağça” üzərində derbi qələbəsindən sonra Türkiyə Super Liqasında çempionluq ehtimalları yenidən hesablanıb. Matc.az xəbər verir ki, süni intellektin yenilənmiş proqnozlarına əsasən, “Qalatasaray”ın çempionluq şansı 57,1 faizdən 69,2 faizə yüksəlib. Komandanın mövsümü 83 xalla başa vuracağı ehtimal edilir.
Derbidə məğlub olan “Fənərbağça”nın çempionluq ehtimalı isə 25,4 faizdən 12,3 faizə enib. İstanbul təmsilçisinin mövsümün sonunda 74 xal toplayacağı proqnozlaşdırılır.
Digər iddialı komandaların göstəricilərində də dəyişiklik qeydə alınıb. “Beşiktaş”ın çempionluq ehtimalı 10,2 faiz səviyyəsində qalıb. “Trabzonspor”un isə çempionluq şansı 7,1 faizdən 8,2 faizə yüksəlib.
Qeyd edək ki, bu göstəricilər süni intellektin proqnozlarıdır və mövsümün yekun nəticələrinə zəmanət vermir.
Mahir AXUND













