“Beşiktaş”ın cənubi koreyalı hücumçusu Hyeon-gyu Oh-un qış transfer pəncərəsində komandanı tərk etməyəcəyi iddia olunur. Matc.az xəbər verir ki, “Tottenhem” və “Hall Siti”nin maraq dairəsində olduğu bildirilən 23 yaşlı futbolçunun mövsümün sonunadək İstanbul klubunda qalacağı gözlənilir.

Cənubi Koreya mətbuatının məlumatına görə, hücumçunun İngiltərəyə mümkün transferi yay aylarına qala bilər. O, son olaraq “Başakşəhər”lə matçda qol vuraraq Türkiyə Super Liqasında bu mövsüm ilk dəfə fərqlənib.

Mahir AXUND

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest