"Həm Tiranada, həm də Bakıda taktiki mübarizə oldu. "Partizani" yaxşı təşkilatlanmış şəkildə çıxış etdi. Lakin "Qarabağ" sahib olduğu xüsusi keyfiyyətlərlə mərhələ adlamağı bacardı".

"Partizani"nin "Qarabağ" önündəki çıxışını müsbət qiymətləndirərdim". Matc.az xəbər verir ki, bunu albaniyalı mütəxəssis Şkelqim Muça deyib.

59 yaşlı məşqçi yerli mətbuata açıqlamasında çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın "Partizani" ilə keçirdiyi cavab görüşünü dəyərləndirib.

O, Albaniya çempionunun Bakıda 0:2 hesabı ilə məğlub olmasına baxmayaraq, yaxşı mübarizə apardığı fikrindədi: "Həm Tiranada, həm də Bakıda taktiki mübarizə oldu. "Partizani" yaxşı təşkilatlanmış şəkildə çıxış etdi. Lakin "Qarabağ" sahib olduğu xüsusi keyfiyyətlərlə mərhələ adlamağı bacardı. Hətta deyərdim ki, "Partizani"nin bəxti gətirmədi. Əgər Solomon ələ düşən şansı qola çevirə bilsəydi, indi başqa nəticədən danışırdıq. Ancaq tiranalılar doğru yoldadı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest