İngiltərə Premyer Liqasında turun ən maraqlı qarşılaşmalarından biri baş tutub.  Matc.az xəbər verir ki, “Mançester Yunayted” doğma meydanda “Aston Villa”nı qəbul edib.

Old Trafford stadionunda keçirilən görüş 4:4 hesabı ilə yekunlaşıb.

Qarşılaşmada hər iki komanda hücum futbolu nümayiş etdirib. Tərəflər səkkiz qolun vurulduğu matçda qələbə qazana bilməyiblər.

Bu nəticə “Mançester Yunayted”in turnir cədvəlindəki vəziyyətinə də təsir edib. Komanda xal itkisi ilə azarkeşlərini məyus edib.

Beləliklə, “Aston Villa” səfərdən bir xalla ayrılıb, “Mançester Yunayted” isə doğma meydanda qələbə qazana bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest