“İnter Mayami”nin kapitanı Lionel Messi ABŞ-ın MLS çempionatında tarixi uğura imza atıb. Matc.az xəbər verir ki, argentinalı hücumçu 2026-cı il mövsümünün bombardiri olub. O, keçirdiyi 31 oyunda 26 qol vuraraq ardıcıl ikinci dəfə “Qızıl buts” mükafatına sahib çıxıb.

Bununla da 39 yaşlı futbolçu MLS tarixində bu mükafatı ardıcıl iki mövsüm qazanan ilk oyunçu kimi tarixə düşüb.

Messi bombardirlər yarışında “Dallas”ın hücumçusu Petar Musanı (22 qol) və “Neşvill”in forvardı Sem Surrici (21 qol) qabaqlayıb.

Qeyd edək ki, Messi cari mövsümdə 17 məhsuldar ötürmə də verib. Beləliklə, onun ümumi qol töhfəsi 43-ə çatıb.

Xatırladaq ki, “İnter Mayami” MLS-in müntəzəm mövsümünün son turunda “Şarlott”la 3:3 hesablı heç-heçə edib. Messi həmin görüşdə qol vurmasa da, iki məhsuldar ötürmə ilə yadda qalıb. Florida təmsilçisi Şərq Konfransını ikinci pillədə başa vurub və pley-offun ilk mərhələsində “Kolumbus Kru” ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest