09 Noyabr 2026, 14:56
FUTBOL
Azərbaycan 2-ci Liqasının 10-cu turu çərçivəsində bu gün keçirilməli olan “Şirvan” – “Marafon” qarşılaşması təxirə salınıb. Matc.az xəbər verir ki, buna səbəb matçın təyin olunduğu vaxtadək aramsız yağış yağması və Şirvan Olimpiya İdman Kompleksinin ot örtüyünün oyunun keçirilməsi üçün yararsız vəziyyətə düşməsidir.
Peşəkar Futbol Liqası (PFL) qarşılaşmanın sabah keçirilməsi barədə qərar verib. Oyun eyni məkanda saat 15:00-da başlayacaq.













