"Lill"in hücumçusu Nikola Pepe İtaliyaya köçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 24 yaşlı forvard "Napoli"nin maraq dairəsinə düşüb.

Neapol təmsilçisi vaxt itirmədən fransızlarla danışıqlara başlayıb. A seriyası təmsilçisi Fil Dişi Sahili millisinin üzvü üçün 60 milyon avroluq təklif göndərib. "Napoli" Pepe uğrunda PSJ, "Arsenal" və "Lion"la mübarizə aparır.

Qeyd edək ki, Nikola Pepe ötən mövsüm 22 qolla yadda qalmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest