UEFA Millətlər Liqasında qrup mərhələsinin VI turu davam edir. Matc.az xəbər verir ki, bu gün 6 qrupda ümumilikdə 10 qarşılaşma baş tutacaq.
A Liqasında Almaniya Niderlandı qəbul edəcək. Serbiya isə Yunanıstanla üz-üzə gələcək.
Azərbaycan millisinin də yer aldığı D Liqasının 2-ci qrupunda Litva Lixtenşteynlə qarşılaşacaq. Yığmamız bu oyunun nəticəsindən asılı olmayaraq, qrupu lider kimi başa vurmağı təmin edib.
Qeyd edək ki, növbəti mövsümdən etibarən UEFA Millətlər Liqasının formatında dəyişiklik ediləcək və D Liqası ləğv olunacaq. Beləliklə, Azərbaycan millisi də daxil olmaqla, hazırda D Liqasında mübarizə aparan komandalar növbəti mövsüm C Liqasında çıxış edəcəklər.
A Liqası
Qrup 2
23:45. Almaniya – Niderland
23:45. Yunanıstan – Serbiya

B Liqası
Qrup 1
23:45. Şimali Makedoniya – Sloveniya
23:45. İsveçrə – Şotlandiya

C Liqası
Qrup 3
19:00. Farer adaları – Moldova
19:00. Qazaxıstan – Slovakiya

Qrup 4
21:00. Estoniya – Bolqarıstan
21:00. İslandiya – Lüksemburq

D Liqası
Qrup 1
23:45. Cəbəllütariq – Malta

Qrup 2
21:00. Litva – Lixtenşteyn













