“Vest Hem” və “Sauthempton” klubları “Suonsi Siti”nin yarımmüdafiəçisi Marko Stamençi transfer etmək istəyir.
Matc.az xəbər verir ki, hər iki klub qış transfer pəncərəsində 24 yaşlı futbolçunu heyətinə qatmaq imkanlarını nəzərdən keçirir.
“Swansea Independent” nəşrinin məlumatına görə, İngiltərə klubları Yeni Zelandiya millisinin üzvünün oyununu yaxından izləyir. Onların Stamençinin xüsusilə ötürmə bacarığına, meydanın mərkəzində təhlükəni əvvəlcədən müəyyənləşdirmək və rəqib hücumlarının qarşısını almaq qabiliyyətinə maraq göstərdiyi bildirilir.
Stamençi 2025-ci ilin yayında “Nottingem Forest”dən “Suonsi Siti”yə keçib. O, cari mövsümdə Çempionşipdə 14 oyunda meydana çıxıb. Yarımmüdafiəçi bu qarşılaşmalarda 90,8 faiz dəqiq ötürmə göstəricisi ilə diqqət çəkib.
Futbolçunun “Suonsi” ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir. Uels təmsilçisinin onu 2025-ci ildə təxminən 2,175 milyon funt-sterlinqə transfer etdiyi bildirilir. Bu səbəbdən mümkün keçid üçün daha yüksək məbləğin tələb olunacağı gözlənilir.
Qeyd edək ki, Marko Stamençi daha əvvəl “Kopenhagen”, “Srvena Zvezda” və “Olimpiakos” klublarında çıxış edib. O, Yeni Zelandiya millisinin də üzvüdür.












