Yaponiya millisi beynəlxalq yoldaşlıq oyununda Braziliya seçməsini məğlub edib. Matc.az xəbər verir ki, qarşılaşma Yaponiya yığmasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 15-ci dəqiqədə Takefusa Kubo açıb. Beş dəqiqə sonra Keito Nakamura fərqi artırıb. Braziliya millisi fasiləyə qədər fərqi azalda bilib. 34-cü dəqiqədə Vinísius Junior fərqlənib.

İkinci hissədə də hücumlarını davam etdirən braziliyalılar 75-ci dəqiqədə Vinísius Juniorun qolu ilə hesabı bərabərləşdiriblər. Lakin 90+1-ci dəqiqədə Tatsuhiro Sakamoto Yaponiya millisinə qələbə qazandıran qolu vurub.

Beləliklə, Yaponiya dünya futbolunun ən titullu komandalarından biri üzərində qələbə əldə edib.

Mahir AXUND

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest