16 Noyabr 2026, 09:07
FUTBOL
Futbol üzrə Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyunu keçirəcək. Matc.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv səfərdə Andorra yığması ilə üz-üzə gələcək.
Enkamp şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Görüşün baş hakimi ispaniyalı Xose Luis Munuera olacaq.
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 13-də UEFA Millətlər Liqası çərçivəsində səfərdə Lixtenşteynə 1:0 hesabı ilə qalib gəlib.












