"Real"ın yarımmüdafiəçisi Hames Rodrigesi transfer etməyə çalışan "Atletiko" artıq alternativ variant axtarışına da başlayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, madridlilərin B variantı "Tottenhem"li Kristian Eriksendi.

Hamesin keçidi yaxın günlərdə baş tutmasa, "Atletiko" ondan imtina edəcək və diqqətini Eriksona yönəldəcək. Yeganə problem 27 yaşlı danimarkalının "Real"ın da gündəmində olmasıdı.

Hames isə "Atletiko" ilə yanaşı, "Napoli"nin də maraq dairəsindədi. Kolumbiyalı futbolçu özü bu iki klubdan birinə keçməyə müsbət yanaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest