Azərbaycan çempionu "Qarabağ"ın UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi - İrlandiya çempionu "Dandalk"la səfər qarşılaşması canlı yayımlanacaq. Matc.az xəbər verir ki, sözügedən oyun "CBC Sport"la canlı göstəriləcək.
 
Azərbaycan çempionu iyulun 24-də Dandolkda yerli komandanın qonağı olacaq. "Oriel Park"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək.
 
Cavab matçı isə iyulun 31-də Bakıda, "Dalğa Arena"da keçiriləcək və 21:00-da başlayacaq.
 
"Qarabağ" çL-in 1-ci təsnifat mərhələsində Albaniyanın "Partizani", "Dandolk" isə Latviyanın "Riqa" klubu ilə dueldən qalib ayrılıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest