Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, altıncı yarış günündə 55, 72, 77 və 82 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Osman Nurməhəmmədov dünya çempionatına inamlı start verib. Millimizin üzvü cəmi 45 saniyə ərzində Hindistan təmsilçisinə tam üstünlüklə qalib gəlib. Nurməhəmmədov Avropa ikincisi olmuş Polşa güləşçisini də məyus edərək yarımfinala yüksəlib. Finalın bir addımlığında Rusiya idmançısına uduzan Osman oktyabrın 4-də bürünc medal uğrunda güləşib. Belarus güləşçisinə qalib gələn təmsilçimiz dünya üçüncüsü olub.
Norveçin payaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, üçüncü yarış günündə 70 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.
Osman Nurməhəmmədov dünya çempionatına inamlı start verib. Millimizin üzvü cəmi 45 saniyə ərzində Hindistan təmsilçisinə tam üstünlüklə qalib gəlib. Nurməhəmmədov Avropa ikincisi olmuş Polşa güləşçisini də məyus edərək yarımfinala yüksəlib. Finalın bir addımlığında Rusiya idmançısına uduzan Osman oktyabrın 4-də bürünc medal uğrunda güləşəcək.
Sentyabrın 25-26-da Rumıniyanın Konstanta şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilib. Matc.az xəbər verir ki, yarışda ölkəmizi üç güləşçi təmsil edib və onların üçü də fəxri kürsüyə qalxıb.
Qeyd edək ki, Azərbaycanın bu turnirdəki digər təmsilçisi Məmmədəli Mehdiyev (90 kq) sabah - sentyabrın 26-da mübarizəyə başlayacaq. O, 1/8 finalda polşalı Sebastyan Oldakla üz-üzə gələcək.
73 kq çəki dərəcəsində qüvvəsini sınayacaq Heydərov (73 kq) yarışa sabah İsrail təmsilçisi Yehonatan Elbaz ilə duellə başlayacaq. Məmmədəli Mehdiyev isə ertəsi gün Sebastian Oldak (Polşa)/Vitali Şepel (Ukrayna) cütünün qalibi ilə üz-üzə gələcək.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.