Noyabrın 1-dən 7-dək Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı keçiriləcək. Matc.az xəbər verir ki, mundialda iştirak edəcək sərbəst güləşçilərimiz oktyabrın 18-dən Dağıstanın Xasavyurt şəhərində yerli pəhləvanlarla birgə təlim-məşq toplanışı keçir.
 
Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında baş tutan hazırlıq prosesi noyabrın 3-dək davam edəcək.
 
Qeyd edək ki, sərbəst güləşçilər Dç-də noyabrın 5-dən 7-dək mübarizə aparacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest