Bu, Abdullayevin peşəkarlar arasında 56-cı döyüşü olacaq. O, bunadək keçirdiyi 55 qarşılaşmada 49 qələbə qazanıb. Pərviz 26 dəfə rəqiblərini nokautla məğlub edib.
Qeyd edək ki, yarışda final görüşləri iyunun 24-də olacaq. 320 min mükafat fondu olan çempionatın qalibi 8 min, gümüş medalçısı 4 min, 3-cü yerin sahiblərinin hərəsi 2 min dollar qazanacaq.
Mötəbər turnirdə böyük əzmkarlıq nümayiş etdirən kikboksçumuz inamla mübarizə apararaq yerli idmançı Azizbek Nematov üzərində nokautla qələbə qazanıb və yarışın qızıl medalına sahib olub.
Məsul yarışda ölkəmizi 9 güləşçi təmsil edib ki, onların da 7-si fəxri kürsüyə qalxıb. Rahim Həsənov (45 kq), Fəraim Mustafayev (48 kq), Fərid Baxışlı (55 kq) və Fərid Xəlilov (60 kq) Avropa çempionu olub. Pərviz Dadaşov (51 kq), Kənan Abdullazadə (65 kq) və Ruslan Nurullayev (71 kq) üçüncü yeri tutub.
Mübarizəyə 1/4 finaldan qoşulan Rahim Həsənov çexiyalı idmançıya vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Gürcüstan pəhləvanından da güclü olan həmyerlimiz adını finala yazdırıb. Həlledici görüşdə ukraynalı rəqibinə elə ilk hissədə qalib gələn Həsənov Avropa çempionu olub!
Qeyd edək ki, millimizin boksçularından Ruslan Rüstəmov (64 kq) və Mirəşrəf Kazımzadə (75 kq) yarışın ikinci günü 1/4 finala vəsiqə qazanıb. Çempionat iyunun 24-də başa çatacaq.
İlk görüşdə Uça Jorjolianiyə (Gürcüstan) qalib gələn Ruslan Rüstəmov (64 kq) 1/8 finalda rusiyalı Maqomed Şamsayevlə döyüşüb. Boksçumuz çıxışını qələbə ilə başa vurub - 4:1 (29:26, 28:27, 29:26, 29:26, 27:28). O, 1/4 finalda Almaniya təmsilçisi David Gevorqyanla üz-üzə gələcək. Qarşılaşma iyunun 21-də baş tutacaq.
Çempionatda gənclərdən ibarət yığmamızın baş məşqçisi Əsgər Eyvazov, məşqçilər Əli İsmayılov və Şahin İmranovun rəhbərliyi altında 7 boksçu mübarizə aparacaq. Komandamızın heyətində Əli Zamanov (52 kq), Masqud Xasmetov (56 kq), Cəlal Qurbanov (60 kq), Ruslan Rüstəmov (64 kq), Sərxan Əliyev (69 kq), Mirşərif Kazımzadə (75 kq) və Murad Allahverdiyev (81 kq) yer alıblar.
Mübarizəyə 1/4 finaldan qoşulan Musa Verdiyev startda Moldova güləşçisinə heç bir şans tanımayıb. Musa yarımfinalda ukraynalı rəqibini tam üstünlüklə məğlub edərək finala vəsiqə qazanıb.
Bu yarışda 97 kq-da çıxış edən İslam Abbasov təsnifat mərhələsində Türkiyə güləşçisinə qalib gəlib. Həmyerlimiz 1/4 finalda İran idmançısına məğlub olub. Rəqib finala yüksəldiyi üçün Abbasov təsəlliverici görüşə çıxıb və danimarkalı rəqibi üzərində inamlı qələbə qazanıb. Son qarşılaşmada yerli pəhləvanı üstələyən İslam bürünc medalı boynundan asıb.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.