“Tamamilə öz oyunumuza köklənmişik. Şansımızı saxlamaq üçün bizə 3 xal lazımdır. Azərbaycan millisi son oyunlarda fərqli çıxış edir. Bir faktı deyim ki, komanda 2 topdan artıq buraxmır"
Lüksemburq millisinin Azərbaycanla oyun üçün təxmini 11-liyi də məlum olub. Yığmanın baş məşqçisi Lyuk Holts bugünkü matçda 4-2-3-1 sxemindən istifadə edəcək.
"Xorvatiyada karantindəyəm, səhhətim yaxşıya doğru gedir. İnşallah, tezliklə görüşəcəyik. Ətrafınızı və özünüzü bu virusdan maksimum şəkildə qorumağa çalışın"
Noyabrın 26-da İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Sivasspor" matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək. Ağdam təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.
Xəbərdə 12-15 noyabr aralığında 1207 nəfərdən koronavirus testi götürüldüyü, 16 nəfərdə yoluxma faktı qeydə alındığı diqqətə çatdırılıb. Ondan əvvəlki həftədə isə 1646 nəfərdən götürülmüş COVİD-19 testindən 10-u pozitiv nəticə vermişdi.
Cəzalı Vahid Selimoviç və Dirk Karlsona zədəlilər Loran Yans, Leandro Barreyro, Mika Pinto və Aldin Skenderoviç də qoşulub. Onların bugünkü qarşılaşmada meydana çıxıb-çıxmayacaqları bəlli deyil.
Komandamızın qaldığı otelin qarşısında daimi polis patrulu yerləşdirilib. Yerli federasiya dronlardan istifadənin qadağan edilməsi üçün Nəqliyyat Nazirliyinə müraciət edib. Nazirlik stadion yaxınlığında vəziyyətin izləniləcəyini bildirib.
Futbol üzrə Azərbaycan milli komandanın hücumçusu Mahir Emreli UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sabah “Jozi Bartel” stadionunda keçiriləcək Lüksemburqla oyundan öncə fikirlərini bölüşüb.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.