27 İyun 2025, 13:50
MPL
"Neftçi"nin yeni transferi Luis Ortis klubun mətbuat xidmətinə açıqlama verib.
Matc.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi Bakı təmsilçisinin hədəflərinə çatması üçün faydalı olmağa çalışacağını bildirib:
"Neftçi”də məqsədim irəliyə getmək, bu mövsüm komandanın hədəflərinə çatması üçün faydalı oyunçu olmaqdır. Kumirim həmişə Kriştiano Ronaldo olub. Onun “Real”dakı oyunlarına baxırdım".
Qeyd edək ki, "Neftçi" Luis Ortisi “Sportivo Ameliano” klubundan 1 illik icarəyə götürüb.