Avropa Liqasında mübarizə aparacaq "Sabah" növbəti transferini yekunlaşdırıb.

Matc.az xəbər verir ki, Masazır təmsilçisi Fransanın "Anje" klubu ilə müqaviləsi başa çatan Zinedin Uld Xaledlə anlaşıb. Əlcəzair millisinin üzvü ilə 2 illik müqavilə imzalanacaq.

Zinedin Uld Xaled "Anje"nin yetirməsidir. O, karyerası ərzində yalnız bu klubda çıxış edib. 25 yaşlı yarımmüdafiəçi ötən mövsüm Fransa çempionatında  (Liqa 1) 10 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest