“Qəbələ” 2025/26 mövsümünün hazırlığına start verib.

Matc.az xəbər verir ki, ötən mövsüm I Liqanın çempionu olan və Premyer Liqaya vəsiqə qazanan “qırmızı-qaralar” dünən bir araya gəlib.

Komanda təlim-məşq toplanışına Qəbələdə başlayıb. Mövsümlərarası dövrün ilk məşqi Qəbələ şəhər stadionunda baş tutub. Futbolçular öncə fiziki hazırlıq keçib, ardınca toplu və topsuz çalışmalar yerinə yetiriblər.

Qeyd edək ki, hazırlıq prosesinin ilk mərhələsi 14 gün davam edəcək. Bu müddət ərzində 2 yoxlama oyunu planlaşdırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest