İspaniyanın "Real" klubu baş məşqçi Xulen Lopeteqi ilə bağlı qərarını bu gün axşam saatlarında verəcək. Matç.az saytı xəbər verir ki, klub rəhbərliyi bir araya gəlib son vaxtlar komandanı izləyən uğursuzluqları müzakirə edəcək.

İclasda gündəmdə olan baş məşqçi istefası ilə bağlı qərar da qəbul edəcək. "Barselona"ya 1:5 hesablı məğlubiyyətdən sonra Lopeteqinin göndəriləcəyi gözlənilir.

İspan həmkarlarımız iddia edir ki, yeni təyinat da iclasda rəsmiləşəcək. Baş məşqçi postuna italiyalı Antonio Konte gətiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest