“Real”ın hücumçusu Kilian Mbappe Madrid təmsilçisinin heyətində yubiley qoluna imza atıb. Matc.az xəbər verir ki, fransalı futbolçu La Liqanın 10-cu turunda "Barselona"nı səfərdə 2:1 hesabı ilə məğlub etdikləri oyunda dubl edərək, klubdakı qollarının sayını 100-ə çatdırıb.

41-ci dəqiqədə hesabı açan Mbappe ikinci qolu 88-ci dəqiqədə vurub.

Fransalı hücumçu cari mövsümdə "kral klubu"nun heyətində bütün turnirlər daxil olmaqla çıxdığı 13 matçda 14 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bu qələbədən sonra xallarını 24-ə çatdıran "Real" turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. İlk məğlubiyyəti ilə üzləşən "Barselona" isə 27 xalla liderliyini davam etdirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest