Məşqçilərin dünya reytinqi açıqlanıb. Matç.az saytı xəbər verir ki, siyahıda Qurban Qurbanov və Roberto Bordin də yer alıb.

Cədvəldəki yeganə azərbaycanlı məşqçi olan Qurbanov geriləyib. Azərbaycan millisinin və "Qarabağ"ın baş məşqçisi 881 xalla 514-cüdü. ö, ötən cədvəllə müqayisədə 3 addım geri düşüb.

882 xala malik Bordin də eyni aqibətlə üzləşərək 3 pillə  geriləyib. "Neftçi"nin italiyalı çalışdırıcısı 513-cü pilləyə enib.

Qeyd edək ki, siyahının ilk pilləsində hesabında 14 min 920 xala malik Ernesto Valverde qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest