Tellur Mütəllimovun Topaz Premyer Liqasının IX turunun "Sabah"la görüşündə vurduğu top "Zirə"nin tarixində 80-ci səfər qolu olub. Matç.az saytı xəbər verir ki, "Qartallar" 1:2 hesabı ilə uduzduğu oyunadək rəqib meydanında keçirdiyi 73 matçda 79 dəfə fərqlənmişdi.

Yubiley qolu 74-cü görüşə təsadüf edib. "Zirə"nin səfərdəki məhsuldarlığı 1,08-ə bərabərdir. Komanda bu topları 4 müxtəlif turnirdə vurub. "Qartallar" Premyer Liqada 44, I divizionda 27, Azərbaycan kubokunda 6, UEFA Avropa Liqasında 3 səfər qoluna imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest