AFFA-nın təşkilatçılığı ilə UEFA seminara start verilib. Matç.az xəbər verir ki, tədbir Bakı Olimpiya Stadionunda keçirilir.

"Məktəblərdə futbol" (Football in Schools) mövzusunda keçirilən seminarda AFFA ilə yanaşı, Litva, Moldova, Uels və Kosovo futbol federasiyalarının nümayəndələri iştirak edir. UEFA-nın Kütləvi futbol üzrə məsləhətçiləri Mark Milton və Stuart Grieve, həmçinin Norveç Futbol Assosiasiyasının sabiq prezidenti, UEFA-nın fəxri üzvü, UEFA-nın Kütləvi futbol səfiri Per Ravn Omdal seminarın mövzusu ilə bağlı təcrübələrini bölüşüb.

Qeyd edək ki, seminar noyabrın 1-dək davam edəcək. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest