Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində cüdo üzrə "Böyük Dəbilqə" beynəlxalq turnirinə yekun vurulub. Matç.az Azərbaycan Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, mötəbər turnirdə mübarizə aparan Azərbaycan millisinin 3 üzvü medal qazanıb.

"Böyük Dəbilqə"də ölkəmizi -100 kq çəki dərəcəsində təmsil edən Elmar Qasımov yalnız final görüşünü uduzaraq gümüş medala layiq görülüb. Məhəmmədəli Mehdiyev (90 kq) və İrina Kindzerska (+78 kq) isə bürünc medal əldə edbiblər.
Qeyd edək ki, 62 ölkədən 346 (214 kişi, 132 qadın) cüdoçunun qüvvəsini sınadığı Abu-Dabi turnirində Azərbaycan millisi 8 cüdoçu ilə təmsil olunub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest