Bu gün Rusiya çempionatında XII tura yekun vurulacaq. Matç.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Krilya Sovetov" öz meydanında "Zenit"i qəbul edib.

Qarşılaşma çempionatın liderinin 1:0 hesablı səfər qələbəsi ilə başa çatıb. Şeydayev yetirməsi olduğu Sankt-Peterburq klubuna qarşı görüşü ehtiyat oyunçular skamyasında keçirib.

Qeyd edək ki, 12 oyunda 11 xal toplayan "Krılya Sovetov" 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest