Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün "Arsenal"ı qəbul edəcək "Qarabağ" azarkeşlərə müraciət edib. Matç.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, klub rəhbərliyi anşlaqın olacağını nəzərə alaraq, fanatlardan stadiona tez gəlmələrini xahiş edib.
Müraciətdə vurğulanıb ki, qarşılaşmanın keçiriləcəyi Bakı Olimpiya Stadionunun qapıları start fitindən 3 saat əvvəl azarkeşlərin üzünə açılacaq: "Bakı Olimpiya Stadionunun qapıları oyunun başlamasından 3 saat öncə - saat 17:55-də açılacaq. Azarkeşlərimizdən tribunada yerlərini asanlıqla tapması və oyunun başlamasına yaxın yaranacaq anşlaqın qarşısını almaq üçün stadiona 3 saat öncədən gəlməsi xahiş olunur".
Qeyd edək ki, qarşılaşma 20:55-də start götürəcək.