"Neftçi" Topaz Premyer Liqasının X turunda "Keşlə" ilə keçiriləcək oyunun hazırlığına start verib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "Qarabağ"la qarşılaşmadan (3:1) sonra birgünlük fasiləyə buraxılan futbolçular bu gün "Türk Hava Yolları Futbol Mərkəzi"ndə məşqə çıxıb.

Həftəsonu baş tutacaq oyun öncəsi 3 futbolçu baş məşçi Roberto Bordinin ixtiyarında deyil. Bunlar Ruslan Abışov, Məhəmməd Mirzəbəyov və Qoran Paratskidi. Onların qarşıdakı turu buraxacağı dəqqidi. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Qeyd edək ki, "Keşlə" – "Neftçi" oyunu noyabrın 3-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest