AFFA-nın baş katibi Elxan Məmmədov Türkiyənin İstanbul şəhərində səfərdədir. Matç.az assosiasiyanın saytına istinadən xəbər verir ki, Məmmədov FİFA-nın İnfrastruktur üzrə iclasına qatılıb.

Baş katib səfər çərçivəsində Türkiyə Futbol Federasiyasının (TFF) baş katibi Kadir Kardaşla görüşüb. Söhbət zamanı infrastruktur layihələri barədə ətraflı fikir mübadiləsi aparılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest