Rusiya Premyer Liqasında XII turun simvolik komandası müəyyənləşib. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, "Rostov"un yarımmüdafiəçisi Ayaz Quliyev də heyətə düşüb.

Rəmzi komanda "InStat Index"in hazırladığı reytinqə əsasən seçilib. Turun ən yaxşı futbolçusu adına layiq görülən həmyerlimiz "Anji" üzərində qələbədəki (1:0) töhvəsinə görə, "11-lik"də də özünə yer edib.

ümumilikdə XII turun simvolik "11-liy"i belədi

Qapıçı: Andrey Lunev ("Zenit")

Müdafiəçilər: Dmitri Kombarov ("Spartak"), Sebastyan Holmen ("Dinamo"), Sverrir İnqason ("Rostov"), Mario Fernandes (MOİK)

Yarımmüdafiəçilər: Manuel Fernandeş ("Lokomotiv"), Ayaz Quliyev ("Rostov"), Leandro Paredes ("Zenit"), Viktor Klasson ("Krasnodar")

Hücumçular: Eder ("Lokomotiv"), Ari ("Krasnodar")

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest