İtaliya millisinin və "Yuventus"un sabiq futbolçusu Vinçentso Yakvintanın məhkəmə prosesi başa çatıb. Matç.az saytı xəbər verir ki, 2006-cı ildə "Skuadra Adzurra" ilə dünya çempionu olan hücumçu 2 il müddətinə azadlıqdan məhrum edilib.

Bu gün keçirilən məhkəmədə Yakvinta mafiya ilə əlaqələri ilə bağlı ittihamlardan azad olunub. Lakin qanunsuz odlu silah saxlaması da ona baha başa gəlib.

Mafiya ilə əlaqələrə görə isə Vinçentsonun atası Cüzeppe günahkar hesab edilib. Ona 19 il həbs cəzası verilib. Futbolçunun öz evində saxladığı silahın da atasına məxsus olduğu bildirilib.

Qeyd edək ki, Yakvinta futbolçu karyerasını 2012-ci ildə başa vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest