31 Oktyabr 2018, 20:22
FUTBOL
Qazaxıstan çempionatında XXIII turdan təxirə salınan oyunlar keçirilib. Matç.az saytı xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın şərəfini qoruduğu "Astana" Karaqandada "Şaxtyor"un qonağı olub.
çempionluğu təmin edən Astananın eyniadlı təmsilçisi bu görüşü əsasən ehtiyatda qalan oyunçularla keçirib. Nəticədə meydan sahibləri 3:1 hesablı qələbə qazanıb.
Son turlarda şans qazanmayan Almeyda bu dəfə də meydana çıxmayıb. O, mövsümdə cəmi 6 matçda iştirak edib.