Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Ceydon Sanço Fransaya köçə bilər. Matç.az saytının "Sky Sports"a istinadən məlumatına görə, PSJ gənc futbolçunun xidmətində maraqlıdı.

Bundesliqa klubunun heyətində möhtəşəm mövsüm keçirən 18 yaşlı vinger ilk 9 turda aktivinə 4 qol, 6 məhsuldar ötürmə yazdırıb. Paris təmsilçisi onu transfer etmək niyyətindədi. Lakin bu yaxınlarda dortmundlularla 2022-ci ilə qədər müqavilə imzalayan İngiltərə millisinin üzvünün maaşı da 3 milyon avroya yüksəldilib.

Qeyd edək ki, Ceydon Sanço ötən ildən "Borussiya"nın əsas komandasında çıxış edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest