AFFA-nın təşkilatçılığı ilə keçirilən UEFA seminarı başa çatıb. Matç.az saytı xəbər verir ki, Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunan tədbir "Məktəblərdə futbol" (Football in Schools) mövzusunda keçirilib.

Seminarda AFFA ilə yanaşı, Litva, Moldova, Uels və Kosovo futbol federasiyalarının nümayəndələri iştirak edib. UEFA-nın Kütləvi futbol üzrə məsləhətçiləri Mark Milton və Stuart Grieve, həmçinin Norveç Futbol Assosiasiyasının sabiq prezidenti, UEFA-nın fəxri üzvü, UEFA-nın Kütləvi futbol səfiri Per Ravn Omdal seminarın mövzusu ilə bağlı təcrübələrini bölüşüb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest