Futzal üzrə Yüksək Liqanın 2019-20 mövsümündə iştirak etmək üçün 10 komanda müraciət edib. Matc.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Futzal Federasiyası rəsmi saytı vasitəsilə yayıb.

Həmin komandalardan 4-ü ötən çempionatın iştirakçısıdı. Biri isə birillik fasilədən sonra yenidən Yüksək Liqada iştirak etmək üçün müraciət edib. Tələbə Futbol Federasiyasının yığma komandası da gücünü ən güclülərlə sınayacaq.

Komandaların adları belədi: "Araz", EKOL, "Neftçi" İK, "Yasamal" İSK, "Baku Fire", "Marafon Futsal", "Record club", "Xəzər" (Yardımlı), "Quba Premyer", TFF-55.

Yeni mövsümün püşkü sentyabrın 4-də atılacaq. Bakı İdman Sarayının Mətbuat Konfransı otağında təşkil ediləcək mərasim saat 11:30-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest