04 Oktyabr 2018, 12:34
FUTBOL
"Qəbələ"nin U-19 komandasının futbolçusu Əli Sadıxov tarixə düşüb. Matç.az saytı xəbər verir ki, "qırmızı-qaralar"ın kapitanı UEFA-nın Gənclər Liqasında qol vuran ilk azərbaycanlı futbolçu olub.
O, çempionlar yolunun I mərhələsinin Moldova "Şerif"i ilə evdəki ilk qoyununda (1:1) rəqib qapısına yol tapıb. Bunadək turnirdə Azərbaycan klublarının heyətindəki yerli oyunçular fərqlənə bilməmişdi. 2014/15 mövsümündə "Rəvan", 2015/16 mövsümündə "Qəbələ", ötən il "Qarabağ"ın qatıldığı turnirdə yalnız bir oyunçu qol sevinci yaşayıb. Bu da "Qarabağ"ın ukraynalı legioneri Yaroslav Deda olub.
"Şerif"lə dünən Qəbələ şəhər stadionunda keçirilən görüşdə penaltidən fərqlənən Əli həm də Azərbaycan təmsilçilərinin çempionlar yolunda ilk qolunun müəllifi olub. çünki Deda çempionlar Liqası yolunda 3 topa imza atıb.
çempionlar yolunda isə "Rəvan" Moskvanın "Spartak" (0:4, 0:0), "Qəbələ" isə eyni şəhərin "Dinamo" (0:2, 0:5) klubuna qol vura bilməmişdi.