02 Noyabr 2018, 09:33
FUTBOL
İngiltərə Liqa kubokunda IV mərhələnin daha bir oyunu keçirilib. Matç.az saytı xəbər verir ki, "Fulhem"i qəbul edən "Mançester Siti" 2:0 hesabı ilə qalib gəlib.
Bununla da mançesterlilər 1/4 finala yüksələn 7-ci komanda olub. IV mərhələnin sonuncu görüşü noyabrın 27-də keçiriləcək. "Lester" öz meydanında "Sauthempton"la qarşılaşacaq. "Mançester Siti"nin 1/4 finaldakı rəqibi də məhz bu cütdə bilinəcək.
Yarımfinala vəsiqələr uğrunda mübarizə aparacaq digər üç cüt isə artıq bəllidi. Bu raundda "Arsenal" – "Tottenhem", "Midlsbro" – "Barton" və "çelsi" – "Bornmut" cütləri qarşılaşacaq.