19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Gürcüstana yollanacaq. Matç.az saytı xəbər verir ki, Ağatahir Əzimovun yetirmələri noyabrın 8-də qonşu ölkəyə gedəcək.

Yığmamız Gürcüstanın U-19 komandası ilə iki yoxlama matçında qüvvəsini sınayacaq. Oyunlar noyabrın 10-da və 11-də baş tutacaq.

Noyabrın 8-də Gürcüstana yollanacağıq və orda bu ölkənin müvafiq yaş qrupundan ibarət yığması ilə iki yoldaşlıq oyunu keçirəcəyik.

Qeyd edək ki, hər iki komanda püşkü dünən atılan ilk Avropa çempionatının seçmə mərhələsinə hazırlaşır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest