21 yaşadək futbolçular arasında 2023-cü ildə keçiriləcək Avropa çempionatının təşkili üçün namizədlərdən biri müəyyənləşib. Matç.az saytı xəbər verir ki, İrlandiya və Şimali İrlandiya yarışa birgə ev sahibliyi qərarına gəlib.

İki ölkənin futbol federasiyası bununla bağlı UEFA-ya rəsmi müraciət edəcəyini açıqlayıb. Bu, Belfastda keçirilən tədbirdə gerçəkləşib. İcraçı direktorların qatıldığı görüşdə tərəflər bu addımı İrlandiyanın gələcəyi üçün tarixi hesab edib.

UEFA-ya sifarişin rəsmi təqdimatı isə 2019-cu ildə reallaşacaq. Qurum AVRO-2023-ün ev sahibini 2020-ci ilin əvvəlində müəyyənləşdirməlidi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest