Uzunmüddətli zədədən sonra yaşıl meydanlara dönən "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne yenidən sıradan çıxıb. Matç.az saytı xəbər verir ki, bunu "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola deyib.

İspaniyalı mütəxəssis komandanın liderinin İngiltərə Liqa kubokunun 4-cü mərhələsində "Fulhem"lə görüşdə sol dizindən xəsarət aldığını söyləyib. Qvardiola belçikalı ulduz futbolçunun zədəsinin durumu barədə məlumat verməyib: "Bunun üçün tibbi müayinədən keçməlidi. Hələ heç nə bəlli deyil. Zədənin cidd olub-olmadığını tibbi testlər müəyyənləşdirəcək".

Qeyd edək ki, Kevin De Bruyne "Mançester Siti"nin 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 86-cı dəqiqəsində əvəzlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest