03 Noyabr 2018, 12:02
FUTBOL
"Mançester Siti"nin futbolçusu Brahim Dias iki klubun maraq dairəsindədi. Matç.az xəbər verir ki, "Real" və Dortmund "Borussiya"sı yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədi.
Hər iki klub ispaniyalını mövsümün sonunda, azad agent kimi əldə etməyi planlaşdırır. Həmin vaxt futbolçunun İngiltərə təmsilçisi ilə müqaviləsi başa çatacaq.
Düzdü, "Mançester Siti"də bir neçə aydı 19 yaşlı Diasla danışıqlar aparır və müqaviləni yeniləməyə çalışır. Lakin ispaniyalı indiki klubunun şərtləri ilə razılaşmır.
Qeyd edək ki, Dias "Malaqa"nın yetirməsidi və 2016-cı ildən Mançester təmsilçisində çıxış edir.