"Hər hansı yaxşı iş görmək üçün dəyişmək, irəli getmək və insanları birləşdirmək həmişə çətindi". Matç.az saytı xəbər verir ki, bunu FİFA-nın prezidenti Canni İnfantino deyib.

Futbol funksioneri bir sıra KİV-lərdə qurum əleyhinə yer alan yazılara münasibət bildirib. O, maliyyə fırıldaqları ilə bağlı ittihamların səbəbini bəzilərinin qazancdan məhrum olması ilə əlaqələndirib: "FİFA-da apardığımız qəti islahatlara görə güclü müqavimətlə üzləşəcəyim aydın idi. Xüsusilə də əvvəl bu sistemin bir parçası olan, artıq utanmadan qazanc əldə edə bilməyənlər tərəfindən belə təzyiqlər gözlənilən idi. Buna görə də mən FİFA prezidenti seçildim və yalnız bir işdə - futbolun bütün dünyada inkişafı və yaxşılaşdırılmasına köklənmişəm. Bu gün yolumu davam etdirməkdə heç vaxt olmadığı qədər daha qətiyyətliyəm".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest