"Bu klub ilk gündən qələbə qazanmaq və ən yaxşı olmaq üçün yaranıb". Matç.az saytı xəbər verir ki, bunu "Real"ın prezidenti Florentino Peres deyib.

Madrid klubunun rəhbəri hazırda qeyri-sabit çıxış ilə azarkeşlərini məyus edən komandanın hədəfləri barədə danışıb: "Elə buna görə də biz "Real"da işləyirik. Lakin qələbələr asan başa gəlmir. Onların hər biri üçün böyük qüvvə sərf edirik. Buna görə də hər titulun, hər uğurun dəyərini bilmək vacibdi. Möhtəşəm komandamız var. ötən mövsüm hər yerdə qalib gələ bildiyini sübut edən komandadı. Demək istəyirəm ki, cari mövsüm üçün hədəflərimiz dəyişməyib".

Qeyd edək ki, "Real" İspaniya Primerasının 10 turundan sonra 9-cu yerdə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest