Almaniya çempionatının 3-cü liqasında XIV turun oyunları keçirilir. Matç.az saytı xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Proyssen" öz meydanında "Münhen1860"la qarşılaşıb.

Görüş qolsuz bərabərliklə başa çatıb. Start heyətində meydana çıxan hücumçumuz 79-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 14 oyunda 26 xal toplayan "Proyssen" 2-ci pillədə qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest