İngiltərə Premyer Liqasının XI turunda "Liverpul"la qarşılaşan "Arsenal" yarışın ən əzmkar komandası adını qazanıb. Matç.az saytı xəbər verir ki, London təmsilçisi 0:1 hesabı ilə geridə olduğu görüşü xilas edə bilib.

1:1 hesablı bərabərliyə imza atan Unay Emerinin yetirmələri matçın gedişində uduzduqları oyunlarda toplanan xalların sayını 8-ə çatdırıb. Avropa Liqasında Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "topçular" bu göstəricidə Premyer Liqada mövsümün rekordçusudu.

Qeyd edək ki, 11 oyunda 23 xal toplayan "Arsenal" turnir cədvəlinin 4-cü pilləsindədi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest