İtaliya A seriyasında növbəti istefa gerçəkləşə bilər. Matç.az xəbər verir ki, "Cenoa" xorvat  baş məşqçisi İvan Yuriçi qovmağa hazırlaşır.

Uğursuz nəticələrdən bezən klub rəhbərliyi yaxın genlərdə mütəxəssislə yollarını ayırmaq niyyətindədi. Bu, klubun mövsümdə ikinci belə addımı olacaq.

Yuriç özü bu postda Davide Ballardinini əvəzləyib. Artıq xorvatiyalının yerinə namizədlər də bəllidi. Bunlar çezare Prandelli və Davide Nikoldı.

Maraqlıdı ki, 43 yaşlı Yuriç son 2 ildə 3-cü dəfə "Cenoa"dan qovula bilər. Klub prezidenti Enriko Pretsiozi 2016-cı ilin yayında baş məşqçi gətirdiyi xorvatiyalını ilk dəfə 2017-ci ilin fevralında qovub. iki ay sonra postuna qayıdan Yuriç noyabrda istefaya göndərilib. Bu il oktyabrın 9-da Ballardinini əvəzləyən balkanlının 3-cü dönəminin daha qısamüddətli olacağı gözlənilir.

Qeyd edək ki, 11 oyunda 14 xal toplayan Genuya təmsilçisi A seriyasında 11-ci yerdə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest