"Bu hücumçuların ikisi də oyunu ilə yüksək fikir formalaşdırır. Onlar arasında seçim etmək bir çox amillərdən asılıdı". Matç.az saytı xəbər verir ki, bu sözləri Portuqaliya futbolunun əfsanələrindən olan Luiş Fiqu deyib.

Futbol veteranı iki sabiq komanda yoldaşını – Ronaldo və Kriştianu Ronaldonu müqayisə edib. Sonuncu ilə Portuqaliya millisində, "Yekədiş" ləqəbli braziliyalı ilə "Real"da çiyin-çiyinə oynamış Fiqu kimin güclü olduğunu deməkdə çətinlik çəkib: "Kriştianu başla çox sayda qol vurmaq qabiliyyətinə malikdi. Cərimə meydanı daxilindəki oyununa görə isə Ronaldo üstün idi. Lakin hər iki hücumçu oynadığı istənilən komanda üçün çox sayda qol təminatı idi. Onlara topu ver, qalanını özləri edəcək".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest